Dövlət əleyhinə çağırışlarda təqsirləndirilənlərin məhkəməsi keçirildi

media-hightechnic-468x90

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Yenicag.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda istintaq materiallarına əlavə olunmuş sənədlər tədqiq olunub.

Məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prosesin çıxışlar mərhələsinə keçməsi ilə bağlı qərar qəbul edilib.

Mayın 29-da keçiriləcək növbəti proses prokurorun çıxışı ilə davam edəcək.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Cinayət işinin istinaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600