Paşinyan Kremlin qəzəbindən QORXUR: Qərbə meyl, Moskvaya MESAJ

media-hightechnic-468x90

“Rusiya ilə yaxınlaşsa, Kremlin onu devirib öz qüvvələrini gətirə biləcəyini ehtimal edir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

media-2023-05-11-11-00-07abfwlkbrhhiuvuqq34vj_file

O, Qərbyönümlü siyasət aparan Ermənistanın Rusiya ilə keçirilən mətbuat konfransında Avropa İttifaqına qoşulmağın İrəvan üçün vacib olmadığını səsləndirməsi barədə fikirlərini bildirib.

Politoloq qeyd edib ki, Ermənistanda Paşinyan hökuməti Rusiya ilə münasibətləri yüksək səviyyəyə qaldıra bilməyəcəyini fikirləşir:

“Çünki Paşinyan hökumətini, əsasən, Qərb dəstəkləyir. Buna görə də o, əgər Rusiya ilə yaxınlaşsa, Kremlin onu devirib öz qüvvələrini gətirə biləcəyini ehtimal edir. Hazırda Paşinyan açıq şəkildə hərəkət etməyə başlayıb və Rusiyaya bildirir ki, Qərbə yaxınlaşacaq.

Nəticə nə olacaq? Ermənistan və ya Rusiya nə itirib, nə qazanacaq? Bütün bunları gələcək siyasi proseslər göstərəcək. Amma hər bir halda Qərb açıq şəkildə göstərir ki, Ermənistana Rusiyaya qarşı dəstək verir və bunu göstərir. Ermənistan da Rusiyaya deyil, Qərbə yaxınlaşmalıdır.

Lakin başqa bir məsələ də var, Ermənistanın bazarları, ticarəti və iqtisadiyyatı, əsasən, Rusiyanın əlindədir. Belə bir vəziyyətdə Rusiya ilə münasibətlərdə ziddiyyət müəyyən suallar doğurur. Bir sözlə, Paşinyan, əgər Rusiya ilə münasibətləri davam etdirsə və yaxınlaşma yolunu tutsa, uzun müddət hakimiyyətdə qala bilməyəcək”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600