G7 ölkələri Kiyevə yardımı davam etdirəcək

media-hightechnic-468x90

Almaniyanın maliyyə naziri Lars Klinqbayl bildirib ki, yeddilik qrupu (G7) ölkələri Ukraynaya dəstəyi davam etdirməyi qərara alıb.

Yenicag.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, ölkələr bəzi məqamların müzakirəsini davam etdirir, buna görə də yekun bəyanat hələ razılaşdırılmayıb. L.Klinqbayl həmçinin vurğulayıb ki, “yeddilik” üzvlərinin Ukraynaya yardım göstərilməsi ilə bağlı mövqeyi dəyişməyəcək.

Qeyd edək ki, 20-22 may tarixlərində Kanadanın Banf şəhərində (Alberta əyaləti) G7 ölkələrinin maliyyə nazirlərinin görüşü keçirilir./report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600