Bütün sursat ehtiyacları yerli istehsal hesabına qarşılanacaq

media-hightechnic-468x90

yaver_ 210714Yenicag.az xəbər verir ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi bu ildən Silahlı Qüvvələrin bütün sursat ehtiyaclarını yerli istehsal hesabına tam qarşılayacaq.

media-banner_tuq

Bunu  açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin sözlərinə görə, yaxın aylarda Azərbaycanda tank və artilleriya mərmilərinin istehsalını həyata keçirəcək zavodun açılışı planlaşdırılır. Eyni zamanda bu il ərzində 30 mm çaplı mərmilərin, RPQ-7 qumbaraatanları üçün 4 növ döyüş sursatının istehsalına start veriləcək.

«Bununla da atıcı silahlar və artilleriya silahları üçün döyüş sursatlarına olan tələb tam qarşılanacaq. Bu istiqamətdə xaricdən asılılıq minimuma endiriləcək», – deyə Y. Camalov vurğulayıb.

Müdafiə sənayesi naziri artıq Azərbaycanın istehsal etdiyi döyüş sursatlarına xarici ölkələrdən tələbatın olduğunu da bildirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05