C6 ölkələrinin hərbi və müdafiə sənayesi sahəsində birgə əməkdaşlığı təklif olunub

media-hightechnic-468x90

C6 ölkələrinin hərbi və müdafiə sənayesi sahəsində birgə əməkdaşlığı təklif olunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti yanında Milli Qurultayın (Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə yaradılmış, cəmiyyətdəki dialoqu gücləndirmək, strateji məsələləri və milli birliyi müzakirə etmək məqsədi daşıyan məsləhətçi orqandır – red.) üzvü Talqat Əliyev “C6: Vahid region, ortaq gələcək – Srateji dialoqun gücləndirilməsi” adlı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, hazırda dünyada beyin mərkəzlərinə ehtiyac var:

“Mərkəzi Asiya ölkələri sənaye güclərini inkişaf etdirə bilər. Bu gün sadəcə resurs satmaq yox, onları texnologiya müqabilində təqdim etmək imkanımız var. Mən davamlı şəkildə istehsal-texnoloji bazamızı gücləndirməyi və insan kapitalının səviyyəsini artırmağı təklif edərdim. Təlükəsizliyimizi, müdafiə qabiliyyətimizi və beynəlxalq çəkimizi inkişaf etdirmək son dərəcə vacibdir”.

T.Əliyev bildirib ki, emal sənayesini inkişaf etdirmək lazımdır:

“Biz həmçinin orduda öncül istiqamət yarada, müdafiə məqsədilə qəbul edilmiş hərbiləşdirilmiş robotların istehsalını təşkil edə bilərik. Bu da təhlükəsizliyimizin qorunmasına xidmət edə bilər. Fikrimcə, Türkiyə, Çin təcrübəsindən faydalanmaq olar. Eyni zamanda, Avropa İttifaqı, ABŞ-la əlaqəni gücləndirməliyik”.

Qazaxıstan rəsmisi vurğulayıb ki, C6-da həm də formal institutlara ehtiyac var:

“Daha çevik, effektiv təkliflər verməliyik. Böyüyən Nəsillər Mərkəzi Asiya ölkələri arasında daha da inkişaf etdirməlidir. Gənclər üçün ümumi proqramlar hazırlamalıdır. Məqsəd odur ki, gənclərimiz xaricdə təhsil aldıqdan sonra ölkəmizə qayıtsınlar”./Report

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05