Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Canavarlar kəndə hücum etdi

Şəkinin Aşağı Göynük kəndində canavarlar kənd sakinlərinin həyətlərinə girərək mal-qaraya hücum ediblər.

Yenicag.az “Report”a istinadən bildirir ki, kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar inəyi və onun balasını zədələyib. Yırtıcı ailə üzvlərinin səs-küyündən sonra həyətdən qaçıb.

Canavarlar kənd sakini, Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki, canavarlar ona məxsus inəyi parçalayıb. Ş.İbrahimov inəyi canavarların hücumundan xilas etmək istəyərkən yırtıcılar ona da hücüm edib. Lakin ev sahibi qaçaraq xilas ola bilib.

Sakinlərin sözlərinə görə, bu, canavarların Aşağı Göynük kəndində təsərrüfatlara ilk hücumu deyil. Yırtıcılar əvvəl də kənd sakinlərinin mal-qarasına bir neçə dəfə zərər vurub.

www.yenicag.az

16740
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM