!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səkilərin avtomobillər tərəfindən zəbt olunması problemi bu yolla həll oluna bilər - RƏY

!Reklam – Yazi
Sürücülər qaydaları pozaraq səkidə park edir.

Piyada təhlükəsizliyinin və rahatlığının təmin olunmasında səkilər xüsusi önəm daşıyır. Lakin bəzi hallarda sürücülər qaydaları pozaraq avtomobillərini səkilərdə park edir və piyadaların keçidinə maneə yaradırlar. Bu isə vətəndaşların yolun hərəkət hissəsinə keçməsinə və təhlükəli vəziyyətin ortaya çıxmasına gətirib çıxarır. Bəs bu problemin aradan qaldırılmasında səkilərdə quraşdırılan tumbaların hansı əhəmiyyəti var?

Yasin Mustafayev

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı  Avtosfer.az-a açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev bildirdi ki, dövrümüzdə sürücü və piyadaların yol hərəkəti qaydalarına əməl etmələri üçün müəyyən sərt tədbirlər həyata keçirmək məcburiyyəti yaranır:

“Belə tədbirlərdən biri olaraq səkilərin kənarlarına tumbaların quraşdırılmasını göstərmək olar. Bu baryerlər avtomobillərin səkilərdə park edilməsinin və piyadaların hərəkətinə maneə yaratmasının qarşısını alır. Paytaxtın bir çox yerində bu baryerlər quraşdırılıb və bir sıra yerlərdə bu cür tumbaların quraşdırılması olduqca vacibdir. Çünki avtomobillərin sıx olduğu və parkinq probleminin mövcud olduğu ərazilərdə sürücülər qaydaları pozaraq avtomobillərini səkilərdə park edirlər”. Ekspertin sözlərinə görə, piyada təhlükəsizliyinin təmin olunması üçün tumbaların quraşdırılması xüsusi önəm daşıyır: “Bunun nəticəsində həmin səkilər avtomobillərdən qorunaraq piyadaların öhdəsinə verilir. Bakı Nəqliyyat Agentliyi tərəfindən bu işlər şəhərin bir çox yerlərində həyata keçirilir”.

Y. Mustafayev bu baryerlərin quraşdırılması zamanı analiz aparılaraq mütəxəssislər tərəfindən rəy alınmalı olduğunu qeyd edib: “Əks halda bu, yolun ümumi vəziyyətinə mənfi təsir edə bilər. Belə ki, yanlış yerlərdə qurulan tumbalar yolun daralmasına və hərəkətin iflic olmasına səbəb ola bilər. Buna görə də, vacib olan yerlərdə baryerlərin quraşdırılması ilə effektiv nəticə əldə etmək olar”.

COP29

www.yenicag.az

819
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv