Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Canlı yayımda Saakşvilini döymək istədilər - VİDEO

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və millət vəkili İqor Mosiyçuk arasında, Stepan Banderanın Ukrayna tarixindəki rolu barədə müzakirə zamanı mübahisə yaranıb.

Yenicag.ru xəbər verir ki, hadisə “Ukrayna formatı” verilişində baş verib. Belə ki, Mosiyçuk Saakaşvilidən Banderaya tərəf olub-olmadığını soruşanda, qarşı tərəf “Mən Ukrayna tərəfindəyəm” deyə cavab verib.

“Bandera sağ olsaydı, ilk növbədə rüşvətxorları məhv edərdi”, deyə Saakaşvili vurğulayıb. Bu zaman Mosiyçuk Ukraynanın üçüncü prezidentini rüşvətxorluqda ittiham edərək, ona çəliklə hücum edib.
“Siz Saakaşvili, Şevarnadzenin komandası ilə hər ay 200 min qazanırdınız! Qəbzlər var! Siz, həmçinin, Gürcüstanda korrupsiya ilə məşğuldunuz. Sizi buna görə təqib edirlər”.

Tərəfləri verilişin aparıcısı sakitləşdirib. Mosiyçuk onu da bildirib ki, Saakaşvilinin Ukraynada siyasətlə məşğul olmağa haqqı yoxdur.

 

www.yenicag.az

1724
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM