Paşinyanın adamının adı korrupsiyada HALLANIR – Arutyunyan “hədəf taxtası”nda
Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə hökumətdə qida təhlükəsizliyi sisteminin inkişaf strategiyası və bununla bağlı 2023–2028-ci illəri əhatə edən fəaliyyət planının icra vəziyyətinə dair müşavirə keçirilib.
Yenciag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Rəsmi məlumatla birgə yayılan fotolarda isə müşavirədə Baş nazirin administrasiya rəhbəri Arayik Arutyunyanın iştirak etmədiyi diqqət çəkib. Halbuki o, məhz ölkədəki yoxlama qurumlarının fəaliyyətinə nəzarət edən əsas şəxsdir.
Mənbələrin bildirdiyinə görə, Nikol Paşinyan, xüsusilə Qida Təhlükəsizliyi Müfəttişliyində (QTM) baş verənlərə görə Arayik Arutyunyan və yoxlama orqanlarının fəaliyyətinin əlaqələndirilməsi ofisinin rəhbəri Petros Martirosyana qarşı ciddi narazılıq ifadə edib.
Qeyd edək ki, bu yaxınlarda QTM-in rəhbəri vəzifəsində cəmi altı ay çalışmış Armen Danielyan vəzifədən azad olunub, sonra isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xüsusilə böyük məbləğdə əmlakı mənimsəməkdə ittiham edilərək həbs olunub.
Maraqlısı odur ki, məhz Danielyanın bu vəzifəyə təyin olunması üçün Arayik Arutyunyan uzun müddət lobbiçilik edib. 2023-cü ildə Paşinyan Danielyanın namizədliyini qəbul etməmişdi, lakin 2024-cü ilin noyabrında Arutyunyan və Martirosyan onun təyin olunmasına nail olublar. Nəticədə isə ölkə növbəti dəfə böyük korrupsiya qalmaqalı ilə üzləşib və bu, rəsmi şəkildə cinayət işinin başlanmasına səbəb olub.
Rafi Müslümov