!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Cavid Çağlar kim idi ki, Elçibəyi yola gətirsin?!" - Türkiyəli oliqarxın iddiasına SƏRT REAKSİYA

!Reklam – Yazi

“Həmin vaxt elə dövr idi ki, obyektiv şəraitin özü Elçibəyə başqa seçim yolu qoymurdu”.

Bunu Türkiyənin keçmiş dövlət naziri, tanınmış iş adamı Cavid Çağların jurnalist Eynulla Fətullayevə müsahibəsində eks-prezident Əbülfəz Elçibəyin 1993-cü ildə məhz onun təkidi ilə mərhum prezident Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməsinə dair fikirlərinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Elçibəyin o dövrdə Heydər Əliyevi Bakıya dəvət etməsi yaranmış şəraitin reallığından qaynaqlanırdı:

“Cavid Çağları şəxsən tanıyıram. O, uydurma danışmağı sevən, öz şəxsiyyətini yüksəltməyə çalışan biridir. Cavid Çağlar kim idi ki, Elçibəyi yola gətirsin?! Həmin vaxt elə dövr idi ki, obyektiv şəraitin özü Elçibəyə başqa seçim yolu qoymurdu. Heydər Əliyevdən başqa biri gəlib Azərbaycanı xilas edəcək potensialda deyildi. İnanmıram ki, Elçibəy onun israrları ilə belə qərar verib.

Elçibəy özü bu qərarı verib. Cavid Çağların bu yöndə müxtəlif spekulyasiyalara getməsi tarixi həqiqətlərdən və reallıqlardan tamamilə uzaqdır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1773
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv