!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səhnədə çətin anlar yaşayan Xalq artisti: “Qabaq sırada əyləşən Heydər Əliyev qonağa dedi ki...”

!Reklam – Yazi

“Tarın sayəsində dünyanı gəzmişəm, ailəmi dolandırmışam, tar mənə ad-san, şöhrət qazandırıb… Bu gün hər şeyə görə tarıma, bir də Allaha minnətdaram”.

Bunu doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən Xalq artisti, ustad tarzən Möhlət Müslümov deyib.

Təmtəraqlı doğum günü məclislərini sevməyən tarzən bu dəfə də tarı ilə baş-başa qalacağını bildirib:

“Doğum günümü qeyd etməyəcəm. Qismət olsa, 70 yaşımı qeyd edərəm. Tarımla baş-başa qalmaq mənim üçün ən böyük doğum günü hədiyyəsidir. Məni bu yerlərə gətirib çıxaran tarımdır, onu sinəmə basanda özümü dünyanın ən xoşbəxt insanı sayıram. Hərdən mənə qəribə gəlir, 68 yaşım tamam olur, amma tarı hələ indi-indi anlamağa başlayıram. Bu sehrli alət həmişə məni ovsunlayıb. Hərdən oturub baxıram, yadıma keçmiş günlər düşür. Bu tarla o qədər məşhurların, məmurların toyunu, məclisini etmişəm ki…”

Xalq artisti səhnədə yaşadığı çətin, həyəcanlı anlardan da danışıb:

“Elə olub, böyük səhnələrdə simləri qırılıb, mizrab sınıb, amma tarım məni ən çətin məqamlarda xilas edib. Yadımdadır, İranda konsert verirdik, qəfildən gördüm ki, mizrab əlimdə çilik-çilik oldu, bəlkə də, başqa vaxt daşla belə onu qırmaq mümkün olmazdı. Amma özümü itirmədim. Ehtiyat mizrab da götürməmişdim, bu vəziyyətdə ifanı davam etdirdim. Belə hadisələr çox olub. Opera Teatrında İhsan Doğramacının yubiley gecəsi keçirilirdi. Arif Babayev, Canəli Əkbərov və Səkinə İsmayılovanı müşayiət etməliydim. Birinci çıxışda – Səkinə xanım oxumağa başlayan vaxt tarın iki simi birdən qırıldı. Tədbirdə ulu öndər Heydər Əliyev də iştirak edirdi. Çox həyəcanlandım, amma özümü itirmədim. Qabaq sırada əyləşən ulu öndər qonağa dedi ki, gör simi qırılan tarla necə gözəl çalır. Bu sözlərdən sonra ürəkləndim və daha da gözəl ifa etməyə başladım…”

Cəvahir

COP29

www.yenicag.az

971
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv