Cavid Çələbiyev Tokio-2020-yə lisenziya qazandı

media-hightechnic-468x90

Boks üzrə Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb.

Yenicag.az xəbər verir ki, yığmanın heyətində Tayfur Əliyevin (57 kq) ardınca Cavid Çələbiyev bu hüquqa yiyələnib.

Dünya çempionu Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesi (İrlandiya) məğlub edib.

Çəbiyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş olimpiadaya da qatılıb.

Qeyd edək ki, Tokio-2020 bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600