Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çavuşoğlu: “Bütün qərarları Azərbaycanla birlikdə qəbul edəcəyik”

Reklam: Sinerji Pro

“Biz bu mövzuları ən son cənab prezidentimizin Füzuli səfərində gündəmə gətirdik. Xarici işlər naziri Ceyhun qardaşımla, dostlarla da oturduq, danışdıq. Bu mövzuları Azərbaycanla birlikdə müzakirə edirik”.

Bu sözləri “CNN Türk” kanalına müsahibəsi zamanı Ermənistanla münasibətlər barədə danışan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Ermənistandan da çox müsbət mesajlar gəldi. Ermənistanın atacağı müsbət addımlara qarşılıq verəcəyimizi də bildirdik. Biz də Azərbaycanla birlikdə hansı addımları ata biləcəyimizi müzakirə edirik. Nəticədə Azərbaycan Ermənistana “müharibə bitdi, indi sülh sazişi imzalayaq” deyib. Bu mövzuda Ermənistandan hələlik müsbət bir qarşılıq alınmayıb. Üçtərəfli müzakirə də apara bilərik, danışarıq. Ancaq biz bütün qərarlarımızı, atacağımız addımları Azərbaycanla birlikdə qəbul edirik. Hər kəs bunu qəbul etməlidir. Onsuz da Ermənistan da bunu qəbul edir”, – deyə Türkiyə XİN rəhbəri bildirib./Oxu.az/

www.yenicag.az

122
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100