!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çayxanada qurulan "dərin dövlət" - "Nazirlər Kabineti" Qarabağı necə aldı?

!Reklam – Yazi

Azərbaycanda elə bir məhəllə, elə bir küçə yoxdur ki, orada çayxana olmasın. Və çayxanaların boş olduğunu da kimsə görməyib. Çayxanada insanların çox yığışması həm də işsizliyin göstəricisidir. Nənələrimiz demiş, işi, gücü olan adamın çayxanada nə işi var?

Azərbaycanda çayxanalarda heç şübhəsiz ən çox müzakirə olunan, baş sındırılan mövzu da siyasətdir. Dəfələrlə şahidi olmuşam ki, bir masa arxasında siyasi gedişlərlə bir neçə dəfə Qarabağı alıb, qaytarmışıq. Bu harasıdır? Rusiyanı dağıdıb, Turanın qurulmasının da şahidi olmuşam. Özüm ölüm, Cənubi Azərbaycanla şimalın birləşməyini də görmüşəm.

Hamımız bilirik ki, ölkəmizdəki siyasi partiyaların bir çoxu qərargahsızdır. Qərargahı olan partiyalar da var ki, gedirsən, divarlar adamın üzərinə gəlir. Vaxt var idi, Müsavat partiyasının qərargahındakı çayxana ölkənin ən qaynar bölgələrindən biri idi. Düzdür, orada bəzən daxili siyasət (partiya daxili) danışılırdı, ancaq yenə də o qədər qüsur molla qızında da olur. Qərargahın özündən daha çox çayxanada siyasət müzakirə edilirdi.

Bakıda bir neçə çayxana var ki, bir zamanların qılıncının dalı da, qabağı da kəsən siyasətçiləri axtarsan, orada taparsan.

Bu gün müsahibimlə də çayxanada görüşdük. Bir vaxt ətrafa baxdım ki, bir neçə keçmiş nazir oturub, nələrisə müzakirə edirlər. Düzdür, bunu yaxşı hal kimi də qiymətləndirmək olar. Nazir olduqları vaxt çapıb, talamayıblar. Gücləri çoxlarının da gücü çatan 2 manatlıq çayxanadır. Ancaq bu insanların siyasi ambissiyalarından əl çəkmədiklərini gördükdə isə insan düşünməyə bilmir. Dindirsən “xalqın içində oluruq” deyəcəklər. Öz sınan barmağına ilk tibbi yardımı göstərə bilməyən birisi xalqın işinə necə yarayacaq?

Dünyanın harasında keçmiş bir nazirin ən çox vaxt keçirdiyi yer çayxana olar bilər? Bizdə isə bir yox, hətta Nazirlər Kabinetini çayxanada görə bilərik.

Bu yaxınlarda işdən sonra çayxanada dostlarla görüşən zaman söhbət dərin dövlətdən düşmüşdü. Məsələ fırlanıb Azərbaycanda dərin dövlətin olub olmamasına gəldikdə, dostlardan biri dedi:

– Azərbaycanın dərin dövləti elə məhz bu çayxanadadır. Buyurun baxın, keçmiş nazirlər, rəislər, hazırda dövlət orqanlarında işləyənlər və alim ordusu. Ən çox bunlarla harada rastlaşmaq olar? Çayxanada. Çayxanadan dərin dövlət var?

Osmanlı çadırda qurulub. Vahid Azərbaycan da çayxanada qurulacaq!

Səxavət Məmməd

COP29

www.yenicag.az

16482
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv