Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cəbhəyanı bölgələrdən olan uşaqlar psixoloji xidmətlərdən necə yararlanır? - FOTO / VİDEO

“Müharibə uşaqları”na psixoloji xidmətlərin təşkili məsələləri müzakirə olunub.

Yenicag.az xəbər verir ki, bu gün “Azərkitab” kitab təbliğatı mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İcitmai Birliyinin təşkil etdiyi “Cəbhəyanı bölgələrdən olan uşaqlara psixoloji xidmətlərin təşkili” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Anar Yusifoğlu həyata keçirdikləri layihə barəsində geniş məlumat verib. Daha sonra Birliyin icraçı direktoru Günel Səfərova layihənin məqsədləri haqda danışaraq, bu istiqamətdə regionlarda, xüsusilə, cəbhəyanı bölgələrdə görülən işlərdən ətraflı bəhs edib.

Layihənin ideya müəllifi, millət vəkili Sahib Alıyev çıxışında işğal faktorundan əziyyət çəkən uşaqların cəmiyyətə lazımi səviyyədə inteqrasiya olunmaları üçün onlarla düzgün psixoloji işin aparılmasının vacibliyini önə çəkib. Müzakirələrə qatılan digər natiqlər də haqqında danışılan layihənin əhəmiyyətini vurğulayaraq, fikir və təkliflərini səsləndiriblər.

Tədbiri yekunlaşdıran Günel Səfərova irəli sürülən təkliflərin dəyərləndiriləcəyini və icra olunan layihənin əhatə dairəsini daha da genişləndirməyə çalışacaqlarını diqqətə çatdırıb.

Firuz Asanov
Pərviz Mustafa

www.yenicag.az

1566