Cəbrayılda ağır qəza: Ölən və xəsarət alanlar var

media-hightechnic-468x90

Cəbrayılda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Karxulu kəndi ərazisində qeydə alınıb.

“Mitsubishi” markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər isə həyatın itirib.

Qəza nəticəsində həyatın itirən 1981-ci il təvəllüdlü Nicat Ağayevin Lənkəran sakini olduğu bildirilir. Mərhum ehtiyatda olan hərbi qulluqçu olub. O, 44 günlük Vətən müharibəsi iştirak edib və bir sıra medallarla təltif olunub.

Faktla bağlı Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600