Cəlilabadda avtomobil dərəyə yuvarlanıb

media-hightechnic-468x90

9473728c040760f3d16f2891cdaf802aCəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə Cəlilabad-Yardımlı avtomobil yolunun rayonun Xanəgah kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Ləkin kənd sakini Yavər Fərhad oğlu Nuriyevin idarə etdiyi “Opel” markalı, 10 UU 942 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən sərt döngədə qəfildən idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Nəticədə sürücüsü hadisə yerindəcə dünyasını dəyişib. Onun avtomobildə olan həyat yoldaşı, 63 yaşlı Püstəxanım Nuriyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir.

İlkin versiya kimi hadisənin avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600