Cəlilabadda çürümüş meyit tapılıb

media-hightechnic-468x90

111d936a49e72454f0d05cfbe2db8408Cəlilabadda naməlum kişi meyiti tapılıb.

Şəhərin Qurtuluş küçəsindəki Şadlıq sarayının arxasındakı kolluqda olan meyit ərazidə yaşayan sakinlər tərəfindən aşkar olunub. Bu barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına xəbər verilib.

Araşdırmalardan sonra məlum olub ki, dünyasını dəyişmiş şəxs Cəlilabad şəhəri Cavanşir küçəsinin sakini, 50 yaşlı Abas Fazil oğlu Məmmədovdur. Meyit uzun müddət kolluqda qaldığından çürüyərək tanımaz hala düşüb. Mərhumun yaxınları onu əynindəki paltarından tanıya biliblər.

Qeyd edək ki, A. Məmmədov ailəli olub, lakin içki düşkünü olduğu üçün bir müddət əvvəl ailəsindən ayrılıb və səfil həyat tərzi sürüb.

İkin ehtimallara görə, onun ölümünə də məhz normadan artıq içkini qəbul etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600