Cəlilabadda ev yandı

Cəlilabad rayonunun Alar kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 47 m² sahədə yanıb.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.