!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq artisti beşbarmaqla vurulan qardaşı barədə: “Xəbəri eşidəndə…” - AÇIQLAMA

!Reklam – Yazi

“Qardaşın belə ağır xəbərini almaq mənim üçün çox ağır oldu. Zəng edib mənə dedilər, eşidəndə stress yaşadım. Qardaşımı Allah saxlayıb…”

Bunu Xalq artisti, tanınmış aktyor Valeh Kərimov paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qardaşı Əflatun Kərimovun evinə edilən basqınla bağlı danışarkən Yenicag.az-a açıqlamasında deyib.

Valeh Kərimov qardaşı Əflatun Kərimovun səhhəti barədə də danışıb:

“Onu beşbarmaqla vurub, ağır xəsarət yetiriblər. Burnundan vurublar. Üz-gözü qan içində, sifəti tanınmaz hala düşüb. Evdən də heç nə aparmayıblar. Çünki yayılan məlumatda da bildirilib ki, soyğunçular evə talan məqsədi ilə daxil olmayıblar. Bir ona şükür edirəm ki, qardaşım ölümdən dönüb. Elə indi onun yanından qayıdıram”.

Xatırladaq ki, Xalq artistinin qardaşının evinə basqın olunub. Ona beşmarmaqla xəsarət yetiriblər. Basqınçılar həbs oulnub. Bəlli olub ki, onlar binadakı mənzili səhv salıblar.

Cəvahir

COP29

www.yenicag.az

861
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv