!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Daşınmaz əmlak bazarına ƏCNƏBİ AXINI: “Sənədləşmə işlərinin sadələşdirilməsi və...”

!Reklam – Yazi

“Xüsusi təhlükəli və sənədləşmədə problem yaranan ərazilər istisna olmaqla, alqı-satqının rəsmiləşdirilməsi xeyli sadələşdirilib”.

Bu fikirləri daşınmaz əmlak bazarında mövcud vəziyyəti və qeydiyyat məsələlərini dəyərləndirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, evlərin sənədləşmə prosesində vətəndaşlarımız özləri də təşəbbüs və aktivlik göstərməlidirlər:

“İlk növbədə onu qeyd etmək lazımdır ki, əvvəlki illərə nisbətən daşınmaz əmlakın qeydiyyatı üzrə faktların artması təbiidir. Çünki hər mənzil və ya torpaq sahəsi alan şəxs onu qeydiyyatdan keçirməli olduğundan, xüsusilə, son 3 ildə bu istiqamətdə alqı-satqı faktları çoxalıb. Bu baxımdan, sənədlər də yenilənir.

Mövcud əqd saylarının əksəriyyəti təkrar qeydiyyata aiddir. Bu da alqı-satqı prosesinin, eləcə də daşınmaz əmlak bazarında alqı-satqı faktlarının artım dinamikasının sübütudur. Həm sahibkarların investisiya hədəfi, həm də insanların mənzil almaq istəyi bu faktlarda öz əksini tapır.

Bu gün daşınmaz əmlak investisiya qoyuluşu üçün ən ideal variantdır. Vətəndaşlar və xaricdən gələn soydaşlarımız bu sahəyə böyük maraq göstərirlər. İşğal altında olan ərazilərimizin azad edilməsi də bu prosesə xüsusi stimul verir. Eyni zamanda, Azərbaycan beynəlxalq aləmdə qalib ölkə kimi böyük etibar qazanıb və bu da ölkəyə investisiya marağının artmasına səbəb olub.

Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi də bu sahəni əhəmiyyətli dərəcədə stimullaşdırır. Həmin ölkələrdə yaşayan və bizneslə məşğul olan soydaşlarımız öz yatırımlarını adətən, adıçəkilən dövlətlərə yönəldirdilər. Ancaq Ukrayna və Rusiya iqtisadiyyatında güclənən neqativ hallar onların Azərbaycana yatırım etmələrini şərtləndirdi. Fikrimcə, bu istiqamətdə artım davam edəcək.

İkinci amil xüsusi təhlükəli və sənədləşmədə problem yaranan ərazilər istisna olmaqla, alqı-satqının rəsmiləşdirilməsi xeyli sadələşdirilib. Ona görə də, müvafiq rəsmi prosedurlardan keçməyən evlərin yaxın gələcəkdə sənədlə təmin ediləcəyi gözlənilir. Bunun üçün vətəndaşlarımız özləri də təşəbbüs göstərməlidir. Bir çoxları elə düşünür ki, sənədsiz evdə yaşamağın problemi yoxdur. Lakin mülkiyyət hüququ fərdi məsələdir və vətəndaşlar bununla bağlı rəsmi qurumlara müraciət etməlidirlər”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv