Cəlilabadda narkotikin təsiri altında olan sürücü müəyyən edildi

media-hightechnic-468x90

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Ford Fusion” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü C.Məlikova “saxla” işarəsi verilib.

Yenicag.az xəbər verir ki, sürücünün hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Nəticədə C.Məlikovun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

Qeyd edək ki, həmin sürücü bu ilin fevral ayında da narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində tənbeh tədbir görülüb./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa