Cəlilabadda torpaq aralandı-Foto

media-hightechnic-468x90

cenubSon günlər cənub bölgəsində sürüşməyə meylli ərazilərdə aktivlik müşahidə olunub.

media-banner_tkm

Hətta Cəlilabad rayonunda torpaq qatının bir neçə gündür tədricən genişlənməsi ərazidə uçqun riski yaradıb. Ölkə ərazisinə düşən intensiv yağıntılar torpaq sürüşməsini bir az da artırıb. Rayonun Türkeli kəndində təpəlik ərazidə baş verən torpaq sürüşməsi ətraf ərazidəki evləri də təhlükə altında qoyub.

Ərazidəki torpaq qatını yeraltı sularının yuyub aparması sürüşmə zonasında daha da təhlükəli hal yaradıb, sakinlər bunun əhatəsinin daha da genişlənə biləcəyindən narahatdırlar.

Ərazidəki torpaq qatında hər gün 20-30 sm genişlənmə müşahidə olunur. Sakinlərin sözlərinə görə sözügedən ərazi sürüşməyə meylli ərazi olsa da burada indiki qədər təhlükəli vəziyyət yaranmayıb.

Cəlilabad rayon Fövqəladə Hallar Komissiyası sürüşməyə meylli ərazilərə yenidən baxış keçirəcək və lazımı tədbirlər görəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05