Cəmil Çiçək Azərbaycana səfər edəcək

media-hightechnic-468x90

hhhhhhhhhhhhTürkPA-ya sədrlik Türkiyədən Azərbaycana keçəcək

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək iyunun 11-də Azərbaycana gələcək.

Türkdilli ölkələrin Parlament Assambleyasından verilən məlumata görə, C. Çiçək qurumun Bakıda keçiriləcək V plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq.

Plenar sessiya iyunun 12-13-də keçiriləcək. Toplantıda TürkPA-nın illik fəaliyyəti təhlil ediləcək. Təşkilat katibliyinin ötən ilin büdcəsinin icrasına dair hesabatları dinləniləcək, təşkilati məsələlərə, o cümlədən TürkPA katibliyinin 2015-ci il üçün büdcə layihəsinə baxılacaq, təşkilatın VI plenar sessiyasının vaxtı və yeri müəyyən olunacaq. V plenar sessiyanın yekunları üzrə Bakı Bəyannaməsi qəbul ediləcək.

Sessiyaya MDB Parlamentlərarası Assambleyasının nümayəndə heyəti də qatılacaq.

Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) sədrlik Türkiyədən Azərbaycana keçəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa