!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəmil Həsənlinin “siyahı”sı aranı qatdı: “Seçkini gözdən salırlar” – Etiraz

!Reklam – Yazi

Milli Şuranın sədri Cəmil Həsənli 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrini artıq “müəyyənləşdirib”.

Yenicag.az xəbər verir ki, Cəmil Həsənli 2015-ci ildə olduğu kimi, yenə də Milli Məclisə düşəcəyini iddia etdiyi namizədlərin siyahısını açıqlayıb.

Həsənlinin açıqladığı “nəticələr” həmin siyahıda adı olan və olmayan deputatlığa namizədlərin sərt etirazı ilə qarşılanıb.

Bu məsələyə münasibət bildirən 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Natiq Cəfərli siyahı müəllifini nəzərdə tutaraq bildirib ki, dəfələrlə danışıb, razılaşıb parlamentə düşənlər yenə hakimiyyətin əlinə oynayırlar:

“Siyahı” yayaraq seçkini gözdən salırlar. Özləri elə edib parlamentə düşüblər deyə hamını elə bilirlər. Namizəd olaraq hər gün 10-11 saat küçələrdə, məhəllələrdə insanları seçkiyə səsləyirik.

Seçkiyə, tək bu hakimiyyətin deyil, həm də onların öldürdüyü inamı bərpa etmək istəyirik, camaatda ümid yaratmağa çalışırıq – bunlar isə köhnə qafaları və öz qaranlıq keçmişləri ilə mane olurlar – yenə hakimiyyətin əkməyinə yağ sürürlər, camaatı seçkidən soyudurlar. Niyə axı, niyə? Nə qazanacaqsız? Nə əldə edəcəksiz? Nə təklif edirsiz? Hansı yol göstərirsiz? Bu zay sistemin bir parçası olmaqdan bezmədinizmi?!”

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Nazim Bəydəmirlinin fikrincə, Cəmil Həsəli belə bir siyahı yaymaqla, seçicilərə hörmətsizlik edib:

“Hesab edirəm ki, müxalifət liderləri (hazırda prof.Cəmil Həsənli) 9 fevralda hakimiyyət tərəfindən artıq “seçilmiş deputat siyahıları” elan etməklə, milyonlarla seçicilirə, 100-lərlə namizədə yumşaq desəm, haqsızlıq edir, insanların seçki institutuna inamlarını daha da sarsıtmağa, seçki fəallığını azaltmağa cəhd edirlər.

Mənim mövqeyim ondan ibarətdir ki, seçki günü qalibi hər kim elan etsə də, qalibin legitimliyi bütün sivil dünyada olduğu kimi, ancaq mübarizəyə qoşulanlar tərəfindən tanındıqda, keçərlidir. Mən isə öz qalibiyyətimə əminəm!”

Səxavət Məmməd

www.yenicag.az

2476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv