Çempionlar Liqası: Bu gün pley-off mərhələsi başlayır

media-hightechnic-468x90

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək. Təsnifat mərhələlərindən fərqli olaraq, bu raundun qalibləri iki oyunun nəticələrinə əsasən müəyyənləşəcək.

Cavab görüşlərindən sonra qrup mərhələsinə son 6 vəsiqənin sahibi bəlli olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İlk oyun günündə Rusiyanın “Krasnodar” komandası Yunanıstan PAOK-unu, İsrailin “Makkabi” (Təl-Əviv) klubu Avstriya “Zaltsburq”unu, Çexiya “Slaviya”sı isə Danimarka “Midtüllann”ını qəbul edəcək. Bu duellərin cavab matçı sentyabrın 30-də baş tutacaq.

22 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan)

23:00. “Makkabi” (Təl-Əviv, İsrail) – “Zaltsburq” (Avstriya)

23:00. “Slaviya” (Çexiya) – “Midtüllann” (Danimarka)

Qeyd edək ki, pley off mərhələsinin digər 3 qarşılaşması sentyabrın 23-də olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05