Çempionlar Liqasında “Real” - “Liverpul” finalı olacaq

media-hightechnic-468x90

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, ikinci finalçı İtaliyada yerli “Roma” ilə İngiltərənin “Liverpul” klubu arasında baş tutan cavab oyununda müəyyənləşib.

Doğma meydanda rəqibini 5:2 hesabı ilə məğlub edən İngiltərə təmsilçisi finala daha yaxın idi. Amma “canavarlar”ın da asanlıqla təslim olmayacağı bəlliydi. Cavab görüşündə “Roma” meydanı qələbə ilə tərk edib. Lakin bu qələbə “canavarlar”ın mərhələ keçməsi üçün yetərli olmayıb.

Xatırladaq ki, digər yarımfinal görşündə “Real” Almaniyanın “Bavariya” klubunu iki oyunun yekununa (2:1, 2:2) əsasən üstələyərək, finala yüksəlib.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
2 may

“Roma” (İtaliya) – “Liverpul” (İngiltərə) 4:2
Qollar: Milner, 15-avtoqol. Dzeko, 52. Naynqolan, 86; 90+3-pen. – Mane, 9. Veynaldum, 26.
İlk oyun – 2:5.
Baş hakim: Damir Skomina (Sloveniya)
Roma. “Olimpiko” stadionu.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa