Cənubi Koreyada yeni koronavirusa yoluxanların sayı açıqlandı

Cənubi Koreyada ötən gün 516 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, ölkədə ümumilikdə 5328 nəfər virusa yoluxub, 32 nəfər isə ölüb.

Qeyd edilib ki, məktəblərdə martın 23-nə qədər tətil elan edilib.