Cənubi Osetiya Rusiyaya birləşdirilir?
Cənubi Osetiya xalqı Rusiyanın tərkib hissəsi kimi Şimalı Osetiyaya birləşmək istəyir, lakin Sxinvali başa düşür ki, indiki geosiyasi şəraitdə belə planlar Moskvaya zərər vura bilər.
Yenicag.az azadinform-a istinadən xəbər verir ki, bunu tanınmayan Cənubi Osetiya Respublikasının lideri Leonid Tibilov deyib.
Tibilov onu da qeyd edib ki, Cənubi Osetiya tək Latın Amerikasında deyil, həmçinin Afrikada da tanına bilər.
O, həmçinin bildirib ki, yaxın günlərdə Rusiyaya səfər etməyi planlaşdırır.