Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılmış görüş Çexiyanın qələbəsi ilə yekunlaşıb – 2:0.
Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında Bakıda Danimarka və Çexiya yığmaları qarşılaşacaq.
***
Matçın 80-cı dəqiqəsində Çexiya yığması ikinci qolu vurub. Oyunda Patrik Şik fərqlənib – 2:0.
Qeyd edək ki, P.Şik turnirdə dördüncü qolunu vurub.
***
Oyunun 68-ci dəqiqəsində Çexiya millisi hesabı açıb.
Oyunda Tomaç Holeş fərqlənib – 1:0.
***
Matçın 55-ci dəqiqəsində Niderland millisi azlıqda qalır.
Matteys De Liqt qırmızı vərəqə ilə meydandan qovulur.
***
İkinci hissə başladı.
***
Niderland və Çexiya milliləri arasında ilk hissə qolsuz başa çatdı.
***
Niderland və Çexiya milliləri arasında oyun başladı.
Qeyd edək ki, bu cütün qalibi iyulun 3-də 1/4 final oyununu Bakıda Danimarkaya qarşı keçirəcək.
***
Futbol üzrə Avropa çempionatının Niderland və Çexiya milliləri arasında keçiriləcək sayca üçüncü 1/8 matçında ilk dəqiqələrdən meydana çıxacaq oyunçuların adları açıqlanıb.
Niderland (5-3-2): Stekelenburq, van Aanholt, Blind, de Lixt, de Vrey, Dumfrays, de Yonq, Veynaldum, de Roon, Malen, Depay.
Çexiya (4-2-3-1): Vatslik, Kaderjabek, Kalas, Çelustka, Soufal, Souçek, Holeş, Sevçik, Barak, Masopust, Şik.
Qeyd edək ki, Bakı vaxtilə saat 20:00-da başlayacaq matç Macarıstanda, Ferens Puşkaş adına stadionda keçiriləcək.
www.yenicag.az