Çexiyanın yeni baş naziri o oldu

media-hightechnic-468x90

Çexiya Prezidenti Pyotr Pavel “Narazı Vətəndaşlar Hərəkatı”nın sədri Andrey Babişi Baş nazir təyin edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bununla bağlı Praqa qəsrində keçirilən mərasim “TK” xəbər agentliyi tərəfindən yayımlanıb.

TASS-ın məlumatına görə, A. Babiş “Narazı Vətəndaşlar Hərəkatı”nı 2011-ci ildə təsis edib. O, 2014-2017-ci illərdə Çexiyanını Baş nazirinin birinci müavini və maliyyə naziri vəzifələrində çalışıb. Babiş ilk dəfə 2017-ci ildə hökumət başçısı olub və 2021-ci ilin sonunadək bu vəzifədə çalışıb.

“Narazı Vətəndaşlar Hərəkatı” 2025-ci il oktyabrın 3-4-də Çexiyada parlamentin Deputatlar Palatasına (aşağı palata) keçirilən seçkilərdə səslərin 34,1 faizini toplayaraq qalib gəlib,

Babişin hərəkatı aşağı palatadakı 200 yerdən 80-nə sahibdir və senatda 12 senatorla təmsil olunur. Ali qanunvericilik orqanının yuxarı palatası 81 senatordan ibarətdir./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05