Tovuzda kanalda meyit tapılıb
Tovuzda kanaldan kişi meyiti aşkarlanıb.
Yenicag.az yerli bürosunun məlumatına görə,hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Kənd ərazisindən keçən su kanalından 1987-ci il S.Dəmirvoun meyiti aşkarlanıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.













