Ceyhun Bayramov Kaya Kallasla danışdı - Bölgədədəki vəziyyət müzakirə olundu

media-hightechnic-468x90

Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb. 

media-banner_tkm

Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı, bölgədə artmaqda olan hərbi gərginlik və eskalasiya nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər qarşıdurma nəticəsində bölgədə yaranmış vəziyyətdən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla, xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05