Ceyhun Bayramovla Qazaxıstan XİN rəhbəri telefon danışığı aparıb

media-hightechnic-468x90

2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı aparılıb.

media-banner_tuq

XİN-dən Yenicag.az-a verilən xəbərə görə, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.

Nazirlər son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.

Tərəflər iki ölkənin bölgədə yerləşən diplomatik missiyalarındakı konsulluq bölmələri arasında əməkdaşlığın gücləndirilməsinin, vətəndaşlarımıza göstərilən dəstək istiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağını bildiriblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05