“Charlie Hebdo”çulara ikiqat zərbə – Papa və qurucusu
Həzrəti Peyğəmbərimizi təhqir edən fransız “Charlie Hebdo”nun qurucularından olan Henri Roussel, jurnalın ofisinə təşkil edilən hücumda həyatını itirən Patrick Charbonnieri məsuliyyətsizlikdə günahlandırdı. Roussel, Charbonnierin gərgin mühiti bildiyi halda provokatif şəkili davam etdiyini, öz qrupunu də öz arxasından ölümə sürüklədiyini söylədi.
Yenicag.az xəbər verir ki, “Delfeil də Ton” imzası ilə məşhur olan Roussel, 1970-ci illərdə o dövr adı “Hara-Kiri Hebdo” olan jurnalın tanınmasında mühüm rol oynayıb.
Qeyd edək ki, katolik dünyasının ruhani lideri Papa Francis də, “Charlie Hebdo” hücumu ilə bağlı danışarkən, düşüncə azadlığının sərhədsiz olmadığına diqqət çəkib: “Əgər dostum Gasparri anamı söyürsə, yumruq yeməyi də göz önünə almalıdır. Bu çox normaldır. İnsanların inanclarını ələ salmaq olmaz. Kimsəni provokasiyaya çəkməyə haqqınız yoxdur. Kimsənin inanclarını təhqir edə bilməzsiniz. Kimsənin inanclarını rişxənd mövzusuna çevirə bilməzsiniz” deyib.