Çin bu ölkəyə xəbərdarlıq etdi: Odla oynamayın
Çin Filippin hökumətinə odla oynamamağı tövsiyə edib və Manila ilə Tayvan arasında hər hansı rəsmi yaxınlaşmanı qəbuledilməz təxribat adlandırıb.
Yenicag.az xəbər verir ki, bunu Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə idarəsinin sözçüsü Çju Fenlyan deyib.
“Pekin həm Çin, həm də Tayvan regionu ilə diplomatik əlaqələri olan ölkələr arasında hər hansı formada rəsmi mübadilələrə qəti şəkildə qarşıdır”, – Fenlyan bildirib.
Qeyd edək ki, Filippin Prezidenti Ferdinand Markos ölkə rəsmilərinə iqtisadi məqsədlər üçün Tayvan hakimiyyəti ilə əlaqə saxlamağa icazə verən qanuna dəyişiklik edib./axar.az