Çin əhalisinin azaldığını etiraf etdi

media-hightechnic-468x90

Çin Xalq Respublikasının (ÇXR) əhalisi 2023-cü ildə 2,08 milyon nəfər azalıb, hazırda rəsmi məlumatlara görə, ölkədə təxminən 1,40967 milyard vətəndaş yaşayır.

media-banner_tkm

Yenicag.az xəbər verir  ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin saytında məlumat verilib.

“2023-cü ilin sonuna ölkənin əhalisi 31 əyalət, muxtar bölgə və bələdiyyələrin əhalisi və hərbi qulluqçular da daxil olmaqla 1 409,67 milyon nəfər olub”, – məlumatda deyilir.

Həmçinin, il ərzində hakimiyyət orqanları ölkədə 9,02 milyon yeni doğulmuş körpəni qeydə alıb. Kişi əhalisi hələ də qadın əhali üzərində üstünlük təşkil edir – Çində kişilərin sayı 720,32 milyon, qadın əhalisi isə 689,35 milyon nəfərdir./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05