"Çin əsgərləri əsir götürülüb" - Zelenski

media-hightechnic-468x90

Donetsk vilayətində Müdafiə Qüvvələri iki Çin əsgərini əsir götürüb. 

Yenicag.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski aprelin 8-də Kiyevdə Belçikanın baş naziri Bartlem de Veçerlə birgə mətbuat konfransı zamanı deyib.

“Ukraynalılar Donetsk vilayətində – Tarasovka, Beloqorovkada 6 Çin əsgəri ilə döyüşə giriblər. İkisi əsirlikdədir. Buna uyğun olaraq sənədlər var, pasportları var, hətta kredit kartları da var. Bunlar Çin vətəndaşlarıdır”, – Zelenski bildirib.

O qeyd edib ki, bu vacibdir və ABŞ baş verənlərə daha çox diqqət yetirməlidir: “Bu, Rusiya tərəfində Rusiyanın Ukraynaya müdaxiləsini hərbi cəhətdən dəstəkləyən başqa bir ölkədir. Bu, İran, Suriya, Şimali Koreya hərbçilərindən sonra başqa ölkədir. Amma bir fərq var: Şimali Koreyalılar bizə qarşı Kursk istiqamətində vuruşdular. Çinlilər Ukrayna ərazisində döyüşür”, – prezident qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600