Çin uzaqdan zondlama peykləri olan “Yaogan-31”in dördüncü qrupunun orbitə buraxılmasını uğurla başa çatdırıb.
Bu barədə Çin Mərkəzi Televiziyasının 13 mart tarixli məlumatında qeyd edilir.
Buraxılış yerli vaxtla 10:19-da Hansu əyalətinin şimal-qərbindəki Çzyuçyan kosmodromundan “Changzheng-4C” (CZ-4C, Long March-4C) raket-daşıyıcının istifadəsi ilə reallaşdırılıb.
Cihazlar elektromaqnit sahələrini öyrənəcək və digər texniki təcrübələr aparacaq.
www.yenicag.az