Çin xakkerləri ABŞ-a meydan oxudu

Məlumata görə, onlar 4.1 milyon dövlət qulluqçusunun, o cümlədən hazırda federal xidmətdə çalışanların hamısının dosyesinə çıxıblar. Ancaq “Washington Post” xəbər verir ki, prezident Barak Obama və vitse-prezident Co Baydenin şəxsi informasiyalarına toxunulmayıb.
O da bildirilir ki, bədniyyətlilər forma N 86-ya da çıxış əldə ediblər. Bu formanı hərbçilər və kəşfiyyat əməkdaşları onlara məxfi informasiyalara çıxış hüququ verilərkən doldururlar. Orada namizədlərin xəstəlikləri, psixoloji pozuntuları, alkoqol və ya narkoasılılıqla bağlı şəxsi məlumatlar, həmçinin sosial sığortanın nömrələri və yaxın qohumların siyahısı yerləşdirilir.
“Washington Post” xakerlər tərəfindən nazirlər də daxil, məmurlar haqda informasiyaların oğurlandığını istisna etməyib.