Çinarə ÖMRAY: Mənim üzümə 250 dollara durubmuş…- I hissə

media-hightechnic-468x90

1510588_396341877194836_8704693323305956980_n

Gözümü acanda hər yan qaranlıq idi. Dünən baş verənlərdən sonra, demək olar ki, həyatdan əlimi üzmüşdüm.  Bir anlıq, artıq dünyamı dəyişmişəm, deyə düşündüm. Indi isə, doğrudanmı yaşayıram, deyə özüm-özümə sual verməkdən də çəkinmədim.

Bayaq olanlar zamanı Allaha bütün varlığımla məni oldürməsini yalvarmışdım. Səsimi eşitdimi? Hə… deyəsən elə mən ölmüşəm.

Yenə buna da şükür, əsas odur ki, o işgəncədən qurtardım. Həm də əgər ölməmişəmsə, bəs bu dünya niyə bu qədər qaranlıqdır? Bədənimi də hiss eləmirəm, bir tək başım tərpənir vəssalam. Bəs nənəm deyirdi insan dünyasını dəyişən kimi ruhu qanadlanıb göyə ucur? Qəbirdə qalan cismi olur. Bəs, elədirsə  niyə mən bu qaranlıqdayam, göydə deyiləm? Yoox bu işdə bir qəribəlik var nəsə….

Başımı biraz da yuxarı doğru qaldırmağa çalışdım. Qulağımda hələ də dünənki davanın səsləri vardı. Birdə uzun bir uğultu… Sanki qulağımda su var idi. Nəfəs aldıqca havanın səsi  belə beynimə təsir edirdi.

Nənəmin öyrətdiyi duaları oxuyum, bəlkə? Oldu ki, xeyri olsun.

Özümü inandırdım ki, bu dualar məni sıxıntıdan, zülmətdən xilas edəcək, axı nənəm mənə həmişə yardımçı olub, indi də onun duaları. Ruhu dadıma çatmalıdır.

Sanki yadaşım yerinə gəlirdi, dünən olanları dəqiqlikləxatrlayırdım. Qapının səsinə çevrildim. Azacıq aralanan qapıdan dəhlizin işığı içəri süzüldü. İşıqla  birgə mənə doğma olan bir səs də varlığımı titrətdi, mənim hələ də bu dünyada olmağımın sübutu oldu: “Allah balamı saa tapşırıram. Mirsədağanınojağına nəzir deyrəm, Allah. Qızımı sağ-salamat maa ver, gedib oların qapısında yatacam. Allah Babalarımın üzü suyu xatirinə sənə əl açıram. Bu əllərimi boş qaytarma, Allah” .

 

Bu dua içimi titrətdi. Belə yanıqlı səslə ancaq nənəm dua edə bilərdi. Axı Mir Sədi ağanı Bakıda kimdi taniyib bu cur imanla pənah gətirsin?

Mir Sədi ağagil bizim tərəfdə ən böyük övliyya olublar. Nənəm onların ocağını qiblə bilib hər zaman. bizim icimizdə də onlara olan böyük sevgini və inamı da elə nənəm yaradıb. Yaxın kəndlərdən, uzaq rayonlardan insanlar gələrmiş o ocağın ziyarətinə. Nənəm həmişə deyrdi ki, mən o ocağın qızıyam. Bütün varlığıyla inanıb sığınırdı o ocağa. Evmizin ən gözəgəlimli yerində onların, yəni Mir Sədi ağa və Mir Məhəmməd ağanın qoşa şəkilləri vardı. Hər zaman hansımızsa bir iş ardınca gedərkən nənəm üzünü o şəkillərə tutardı. Pıçıltı ilə dua edib, sonra yola bizi salardı. İnsanın nəyəsə içdən inanması gözəl şeydi. Nənəm dua etdiyi zaman onun bir cümləsi hər zaman mənim diqqətimi çəkərdi:  “Allahım, babalarımın hörməti xatirinə səndən istəyirəm”.

Bu cümləni mənsaını sonradan anlamışdım.

 

Artıq bu səsin nənəmin səsi olmasına əmin idim və içimdə kiçik bir sevinc yaranmışdı ki, sağam. Mənə nə olduğunun, niyə burda olduğumu bilməsəm də əsas o idi ki, ölməmişdim. Qəribədir, günlərllə ağlayaraq Allaha əl açıb yalvardığım, istədiyim ölümün baş verməməsi məni nədənsə sevindirmişdi.

Dəhlizə açılan qapıdan gələn işıq sızıntısı nəinki otağıma, biraz da həyatıma, ümidlərimə işıq salmışdı. Başımı yana çevirdik də asılmış sistem şunurlarını gördüm və daha da əmin oldum ki, yaşayıram. O dünyada kim idi ki, mənə sistem qoşan? O dünyada olsa=olsa cənnətdə, gülün çiçəyin imində, ya da cəhənnəmdə qır qazanın ətrafında ola bilərdim.

 

Özümü ələ alıb qışqırmaqdan batmış və yorulmuş səsimlə: – Biriniz bura baxı,-  dedim. Amma səsimi eşitmədilər, deyəsən.

Bədənimi hiss etmirəm, səsim batıb. Mənə nə olduğunu, harda olduğumu da bilmirəm. Bildiyim odur ki hələ nəfəs alıram, fikirləşə bilirəm və salamatam.

Birdən qapıda ağ geyimli bir xanım göründü. Özlüyümdə yenə yox deyəsən ölüyəm, bu da mələkdir, sorgu suala gəlib,- deyə düşünmüşdüm. Ağ geyimli xanım yaxınlaşıb əvvəl başımın üstə asılan şunurlara baxdı, sonra yaxınlaşıb üzümə baxanda baxışlarımız toqquşdu.

– Ayıldınızmı?, – səsində zəriflik vardı.

– Mən hardayam?, həyəcanım özümə də sirayət etdi..

– Cox danışıb özünü yorma. Gözlə həkimi çağırım.

– Mən əllərimi, ayaqlarımı hiss etmirəm. Nə olub axı mənə?

– Tələsmə, tərpədəcəksən. Gözlə həkim gəlsin.

Ağ geyimli mələk zənn etdiyim tibb bacısı otaqdan tələsik çıxıb qapıda kiməsə

– Ay xala, hər şey yaxşıdı. Bax Allah səni eşitdi, qalx ayağa, – dedi.

– Bıy, bala, səni şad xəbər olasan, Allah səni xoşvaxt eləsin. Sənin muştuluğun mən də.

Bu nənəmin səsi idi.

– Amma hələ otağa keçməyin, qoyun həkim baxsn sonra…

– Yaxşı, başına dönüm.

Nənəm tibb bacısıyla danışarkən qapının aralanmış yerində anamın söykənib mənə baxdığını gördüm. Ağlamaqdan qızarımış, sanki çuxurun dibinə batmış, illərin əzabı, yorğunluğu çokmuş kiçik gözlərini yumdu və dodağıyla gülümsəyib alcaq və titrək səslə:

– Yaxşı olacaqsan, -dedi.

Mən bunu onun dodaq tərpənişindən oxudum. Tibb bacısı qapını örtdü.

 

Həkim otağa daxil olanda, ilk olaraq şəfqət bacısına tapşırığını verdi:

– İşığı yandırmayın, ancaq pərdəni çəkin ki otağa işığ düşsün.

Mənə yaxinlaşıb xoş bir təbəssümlə:

– Necəsən? – soruşdu.

– Necə görünürəm?  Həkimin sualına sual verdim və hiss etdim ki sualım yersiz oldu.

– Yox, bu halınla da gözəlsən – gülümsədi. Hiss edirdim ki, fikrimi yayındırmağa çalışır.

– Mən axı bir tək başımı hiss edirəm, vəssalam.

– Bax əsas başdır. Cox adam onun varlığını hiss eləmir. Onu hiss edirsənsə bəsindir, qalanlarını da yavaş-yavaş hiss edəcəksən Allahın köməkliyi ilə. Belə şeyləri fikirləşib özünü yorma. Hər şey yaxşı olacaq.

– Məni kim gətirdi bura? Niyə burdayam?

– Səni Allah istəyib ki, bura gəlmisən. Yoxsa..

-Yoxsa, nə?

– Sən sağalacaqsan. Eşidirsənmi? Sağalacaqsan. Beynində tək bunu duşun.

Mənlə danışa danışa ayağıma, sonra qollarıma əlindəki kiçik dəmir parçasıyla vururdu. Təbii ki, mən bunu sadəcə görürdüm, hiss eləmirdim. Birdə üzümə baxıb:

– Mən səni sağaldacam. Yaxşımı? Heç ürəyini sıxma –deyib yenə də  gülümsədi.

Otaqdan çıxarkən yanındaki tibb bacısına:

– Yazıq qızı nə günə qoyublar, lap ürəyim parçalandı. Valideynlərini buraxn görsün,  amma yanında çox şey danışmasnlar.  Atasını da otağıma göndər – dedi.

Qapının yanında nə qədər asta səslə desə də bunları mən eşitmişdim.

Nənəm hay küylü özündən qabaq içəri girdi:

– Bala saa ürəyim qurban. Qada balan maa gəlsin. Bax babamgilə nəzir demişəm ayağa qalx, öz pensiyamın pulu ilə  bir qoyun alif səni aparejem ora.

– Ay nənə, sənə qurban olum. Özün xəstəsən bu halda yerdən necə qalxbgəlmisən? Kim gətirib səni bura? – səsimin zəif çıxmasından qorxdum. Elə zənn etdim ki, səsim yarı yolda qalacaq, nənəmə çatmayacaq.

Nənəmi həm şəkər, həm də təziyiq incidirdi. Ayağından əməliyat olunandan sonra  cox gəzə bilmir, cox ayaqda qala bilmirdi.

– Az, kirii. Sən burda bu halda olasan mən evdə oturam hıı??

Babamı nənəmin yanında görcək vəziyyətimin acınacaqlı olması daha da məni düşündürdü:

– Baba, sənə qurban olum, sən də burdasan? Axı mənə heç nə olmayıb…

– Elə demə, başaa dönüm. Mənim bu çürük ürəyim saa qurban olsun. Təki sən sağal. Əlbəttə sənə heç nə olmayacaq…

Anama çevrildim:

– Mama, niyə ağlayırsan? Həkim dedi ki, sağalacaqsan. Mən pis olmuram heç, sizə nə olub?

– Əlbəttə ki, sağalassan mama qurban, sağalassan.

– Məni kim gətirdi bura? Sizə kim xəbər verdi? Uşaqlar hanı bəs?

– Təpəsinə vırğınvırmış yığıb apardı. Heş narahat olufaxrın da gözləmədi.

– Ay nənəm, sən fikir vermə olara. Əsas odur ki, aparıb burda qalmasınlar.- anam dilləndi.

– Axı demədiniz məni kim gətirib bura, sizə kim xəbər verib?

Tibb bacısı:

– Daha bəsdi, xəstəni yormuyaq. Həkim nə dedi sizə?

Nənəm:

– Hə, bala, ta Allaha şükür ki gözüvü açdın. Bu günümüzə də şükür. Atan bizi aparsın əvə, sən də dincəl. Səni gördüm üəyim yerinə gəldi biraz. Tez qalx gəl əmmizə nəzir demişəm.

– Yaxşı nənəm, gedin, yaxşıyam mən narahat qalma məndən.

Babam:

– Bax bilirsən ki, bu ürəyimi çxardıfsaa verərəm. İnən sora mənəm yanında heş zaddan da qorxma bir alcağsaa bir soz deyə bilməz.

– Qurban olaram babam bilirəm.

– Elə demə başşaa dönüm mən saa qurban olum. Di salamat qal. Hərdən də o telfonan zəng elə nənaa, bilirsən da, çox narahatdı, yoxsa gündə 3dəfə məni bura göndərəcək ki, get o qızdan bir xəbər gəti

– Edərəm, babam, narahat oma. Gedin.

Anam dəhlizə babamgili yola salmağa çıxdı. Mən isə hələ də nə baş verdiyini dərk edə bilmirəm. Yaddaşımı xatrlamağazorluyuram. Dünən nə baş vermişdi?!

ardı II hissədə

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600