!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanıldı

!Reklam – Yazi

Ötən gün ərzində törədilmiş 21 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv