Çində qasırğa həyəcanı – FOTO
Çinin şərqində baş qaldırmış Çan-Hom qasırğası səbəbilə ölkə boyu ən yüksək səviyyədə həyəcan siqnalı verilib.
Yenicag.az musavat-a istinadən xəbər verir ki, bu barədə məlumatı Çinin Şinhua agentliyi yayıb.
Agentliyin verdiyi məlumata görə, dəhşətli qasırğa artıq ölkənin şərqində yerləşən Cıciang əyalətinə yaxınlaşıb.Bununla əlaqədar olaraq ölkədə fövqəladə vəziyyət elan edilib. Rəsmilərin bildirdiyinə görə, artıq ərazidə yaşayan 865 mindən çox insan təhlükəsiz bölgələrə evakuasiya edilib.
Bundan başqa ölkənin şərqində yerləşən ərazilərə təyyarə uçuşlarının da təxirə salındığı, qatar səfərlərini ləğv edilidiyi bildirilib.