Çində uşaq baxçasına hücum: 14 uşaq yaralandı

Çində  qadının uşaq bağçasına hücumu nəticəsində 14 uşaq müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çunçin şəhərində tərbiyəçilərin uşaqları səhər gəzintisindən qaytaran zaman baş verib.

Yerli polisin məlumatına əsasən, uşaqlara hücum edən qadın tərbiyəçilərin və bağçanın mühafizəçilərinin köməyi ilə nəzarət altına alınıb. Yaralı uşaqlar xəstəxanalara yerləşdiriliblər.

Hələlik qadının kimliyi və hadisəni hansı səbəbdən törətməsi bilinmir.