Livan Prezidenti: “Hər hansı bir qardaşımıza edilən hücum bizə edilən hücumdur”
Livan Prezidenti Cozef Aun Qətərə qarşı yönəlmiş son gərginliklə bağlı sərt açıqlama verib.
Yenicag.az xəbər verir ki, dövlət başçısı bildirib ki, “hər hansı bir qardaşa edilən hücum Livana edilən hücumdur”.
Prezidentin sözlərinə görə, Qətərə qarşı həyata keçirilən təzyiqlərin əsl hədəfi vasitəçilik anlayışı və dialoq yolu ilə həll prinsipləridir.
Cozef Aun bu fikirləri bölgədə sülh və sabitliyin qorunması üçün diplomatik təşəbbüslərin vacibliyini vurğulamaq məqsədilə səsləndirib. O, beynəlxalq ictimaiyyəti gərginliyi artıran addımlardan çəkinməyə və münaqişələrin dialoq yolu ilə həllinə dəstək verməyə çağırıb.