Qazaxıstan: "Hücuma məruz qalan XBKK qurğusunda dəlik yaranıb"
Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) sahildən kənar yanalma qurğusu noyabrın sonunda Ukrayna dronu tərəfindən hücuma məruz qalıb, nəticədə gövdəsində deşik yaranıb.
Yenicag.az Kazinform-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan energetika naziri Yerlan Akkencenov jurnalistlərə açıqlamasında məlumat verib.
O qeyd edib ki, zədələr ciddi xarakter daşıyır və onun bərpa olunma imkanları qiymətləndirilməlidir:
“Konsorsium hazırda üzmə qabiliyyətinin bərpası ilə məşğuldur. Üzmə qabiliyyəti bərpa olunduqdan sonra onun bərpa edilib-edilə bilməyəcəyi aydın olacaq. Zədələr çox böyükdür, deşiyin ölçüsü üç metrə iki yarım metrdir”, – deyə o bildirib.












