Çindən ABŞ-a sanksiya - Pompeonun adı “qara siyahı”ya salındı

media-hightechnic-468x90

Çin ABŞ-ın 28 rəsmisinə qarşı sanksiya tətbiq edib.

Yenicag.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Siyahıda Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın başçısı olmuş Piter Navarro, keçmiş ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert OBrayen, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olmuş Kelli Kraft və eks prezidentin dövründə Birləşmiş Ştatların dövlət katibi vəzifəsini icra edən Mayk Pompeonun adı var.

Bəyanatda bildirilib ki, həmin şəxslər Çinin milli suverenliyini ciddi şəkildə pozub.

Qeyd edək ki, ötən ilin iyul ayında Çin hakimiyyəti ABŞ-ı “Honkonqun muxtariyyatı haqqında” qanunu qəbul etdiyi üçün qınamışdı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600