Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb - FOTOLAR

Reklam: High Technic

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə görüşlərini Beyləqanda davam etdirməyə başlayıb.

Yenicag.az xəbər verir ki, Çingiz Qənizadə Beyləqan rayonunun İkinci Şahsevən və Qaradağlı kəndlərində seçicilərlə görüşlər keçirib.

Hər iki kəndin camaatı deputatlığa namizədlə görüşdə bəzi problemləri qabardıblar. Həmin problemlərdən biri uşaq pulunun bərpa olunması ilə bağlı olub. Həmçinin, əkin sahələrinin suvarılması üçün artezan quyularının vurulmasını, eləcə də, işıq və telefon xətlərinin yenilənməsini xahiş ediblər. Deputatlığa namizəd Çingiz Qənizadə yenidən deputat seçiləcəyi təqdirdə qaldırılan məsələləri gündəmə gətirəcəyini istisna etməyib.

Kənd insanları, ağsaqqallar Çingiz Qənizadənin 10 illik deputat fəaliyyətini yüksək qiymətləndirərək növbəti dəfə də ona səs verəcəklərini bildiriblər.

Məlumat üçün qeyd edək ki, kəndlərdə görüşlər keçirən Çingiz Qənizadə hər gün seçki qərargahında vətəndaşların fərdi qaydada qəbulunu davam etdirir.

www.yenicag.az

868
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100