Ciyərin içindən telefon çıxdı-Fotolar

media-hightechnic-468x90

ciyer_telefon_190115_02Bakıdakı 7 saylı Cəzaçəkmə müəssisəsinə bir neçə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nazim Emin oğlu Acalovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Bakı şəhər sakini Nailə Emin qızı Budaqovanın gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı ağ sellofana bükülmüş ət məhsulu – qara ciyərin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı və 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Nazim Acalov Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 120.2.10; 177.3.2; 228.1; 234.1; 66.3; 66.5 və 93.1.4 maddələrinə əsasən, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır(trend).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600