"Ciyərlərindən çıxanlar həkimləri dəhşətə gətirdi: Nəfəs darlığı şikayəti ilə getdi, amma..." - FOTO

media-hightechnic-468x90

Pekində meşə yanğınının tüstüsünə məruz qalan yaşlı adamın tənəffüs yollarından ağac budağına bənzəyən qəribə strukturlar çıxarılıb.

media-banner_tuq

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Çinin paytaxtı Pekində ağlasığmaz hadisə yaşanıb. Meşə yanğını zamanı yoğun tüstü udan 87 yaşlı kişi nəfəs darlığı və halsızlıq şikayəti ilə təcili yardıma müraciət edib. Müayinələr zamanı yaşlı adamın nəfəs borusunun tamamilə qapandığı məlum olub.

Həkimlər xəstənin ağciyərlərini yoxlayarkən qarşılaşdıqları mənzərə qarşısında heyrətlərini gizlədə bilməyiblər. Kişinin nəfəs borusu və ağciyərlərindən qara rəngli, ağac budağını xatırladan bərk tıxaclar çıxarılıb. Tibbi araşdırmalar nəticəsində bu tapıntıların “bronşiyal qəlib” olduğu və dünyada nadir rast gəlinən “plastik bronşit” xəstəliyindən qaynaqlandığı bəlli olub.

Xəstəxanaya gətirilərkən oksigen səviyyəsi təhlükəli həddə düşən xəstə dərhal süni tənəffüs cihazına qoşulub. Müayinələr zamanı onda həmçinin sətəlcəm (pnevmoniya) aşkar edilib. Bir həftəlik intensiv müalicədən sonra tənəffüsü normallaşan 87 yaşlı kişi evə buraxılıb.

Mütəxəssislər xəbərdarlıq edir ki, “plastik bronşit” xəstəliyi ilkin mərhələdə özünü astma kimi büruzə verə bilər. Uzun müddət davam edən öskürək, sinə ağrısı və qızdırma ilə müşayiət olunan bu xəstəlik vaxtında müdaxilə edilmədikdə həyati risk yaradır. Xəstəliyin diaqnozu bronxoskopiya, KT və ya MRT vasitəsilə qoyulur. Həkimlər bildirirlər ki, erkən diaqnoz və düzgün müalicə ilə bu qorxulu vəziyyəti nəzarət altına almaq mümkündür.

media-nefes-darligi-sikayetiyle-basvurmustu-cigerlerinden-cikanlar-doktorlari-bile-saskina-1786004_202604230956_20260423095653_1

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05